Dəmir yumruq » Manşet » Hindistan və Pakistan atəşkəs rejimini uzatdı
Manşet / Dünya / Dün, 19:50

Hindistan və Pakistan atəşkəs rejimini uzatdı

2 

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.
 
Bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.
 
Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.
 
“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - o açıqlayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.