Dəmir yumruq » Manşet » Antalyada görüşdülər - Foto
Manşet / Dünya / Bugün, 08:43

Antalyada görüşdülər - Foto

 

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına ev sahibliyi edən Antalyada ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
 
Bu barədə Ukrayna XİN başçısı “X” hesabında paylaşım edib.
 
“Atılacaq addımları ətraflı müzakirə etdik və mövqelərimizi bölüşdük”, - deyə Sibiqa bildirib.
 
Diplomat sülh danışıqlarında iştirakına görə ABŞ-yə təşəkkürünü çatdırıb. O, Amerika ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.