Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına ev sahibliyi edən Antalyada ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Bu barədə Ukrayna XİN başçısı “X” hesabında paylaşım edib.
“Atılacaq addımları ətraflı müzakirə etdik və mövqelərimizi bölüşdük”, - deyə Sibiqa bildirib.
Diplomat sülh danışıqlarında iştirakına görə ABŞ-yə təşəkkürünü çatdırıb. O, Amerika ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını qeyd edib.