Dəmir yumruq » Manşet » İstanbulda 6,2 bal gücündə zəlzələ: ardıcıl 10-cu dəfə... -
Manşet / Dünya / Dün, 18:38

İstanbulda 6,2 bal gücündə zəlzələ: ardıcıl 10-cu dəfə... -

 

İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib.
 
Bu barədə AFAD məlumat yayıb.
 
İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib. Daha sonra yerli vaxtla saat 12:49-da 6,2 bal gücündə zəlzələ olub.
 
Yerin 6,92 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub.
 
***
 
Mərmərə dənizində yerli vaxtla saat 13:02-də ard-arda - 4,5 və 4,9 bal gücündə zəlzələ baş verib.
 
Bu barədə AFAD məlumat yayıb.
 
***
 
İstanbulda yerli vaxtla saat 12:19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib.
 
Bu barədə AFAD məlumat yayıb.
 
Bildirilib ki, zəlzələlərin ən zəifi İstanbulun Böyükçəkməcə rayonu sahillərində - 3,4 bal gücündə, ən güclüsü isə Silivri sahillərində - 6,2 bal gücündə olub.
 
- 6,2 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 12:49,
 
- 5,9 və 4,4 bal gücündə olan zəlzələlər saat 12:51,
 
- 4,8 bal gücündə olan zəlzələ saat 13:01,
 
- 4,5 və 4,9 bal gücündə olan zəlzələlər saat 13:02,
 
- 3,4 bal gücündə yeraltı təkanlar isə saat 13:07-də ​​qeydə alınıb.
 
***
 
İstanbulda daha bir zəlzələ baş verib.
 
Bu barədə Türkiyə mediası məlumat yayıb.
 
Yerli vaxtla saat 15:12-də baş verən zəlzələ 4,9 bal gücündə olub.
 
Yeraltı təkanlar hiss edilib.
 
*
Saat 17:55-də (Bakı vaxtı ilə 18:55-də) 3,5 maqnitudalı daha bir afterşok qeydə alınıb.
 
Bu barədə AFAD məlumat yayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.