Dəmir yumruq » Manşet » ABŞ dən İrana qarşı sanksiyalar
Manşet / Dünya / Dün, 20:56

ABŞ dən İrana qarşı sanksiyalar

 

ABŞ İranın mayeləşdirilmiş neft qazının nəqlinə görə Vaşinqtonun məsul hesab etdiyi iki fiziki şəxs və 12 quruma qarşı sanksiyalar tətbiq edib.
 
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlamasında bildirib.
 
“Bu gün Birləşmiş Ştatlar İran vətəndaşı Seyid Əsədullah Emamjomeh və onun korporativ şəbəkəsinə yüz milyonlarla dollarlıq İran maye qazı və xam neftini xarici bazarlara ixrac etdiyinə görə sanksiya tətbiq edib”, - diplomat vurğulayıb.
 
Onun sözlərinə görə, bu gəlirlər İranın nüvə proqramı və ballistik raketlərin inkişafı da daxil olmaqla, terror qruplaşmalarına dəstək kimi zərərli fəaliyyətini maliyyələşdirir:
 
“İran şirkətləri sanksiyalardan yan keçmək və xarici müştərilərə mal satmaq üçün daim öz şəbəkələrini yenidən təşkil edir. ABŞ rejimin sabitliyi pozan davranışını maliyyələşdirən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.