Rusiya tərəfi Şimali Atlantika Alyansının aqressiv istəkləri fonunda müdafiə qabiliyyətini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək”.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, biz NATO ilə silahlanma yarışına girməyəcəyik, lakin biz əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu vasitələr müdafiə qabiliyyətini təmin etmək üçün kifayət qədər genişdir. Artıq bir çox qərarlar elan edilib və onlar icra olunur. Xüsusilə, söhbət Kareliya tank korpusunun, iki hərbi dairənin - Leninqrad Hərbi Dairəsinin və Moskva Hərbi Dairəsinin yaradılmasından gedir. Lazım gələrsə, zəruri hesab etdiyimiz digər qərarları da qəbul edib həyata keçirəcəyik”, - o bildirib.
Xarici işlər nazirinin müavini, həmçinin qeyd edib ki, NATO-nun düşmənçilik siyasəti aqressiv hərbi planlaşdırmaya əsaslanır:
“NATO daxilində kvazi ittifaqlar yaradılır. Ölkələr öz hərbi resurslarını birləşdirərək, daha effektiv olmaq üçün hərbi strukturu optimallaşdırmağa çalışırlar. Bizim üçün bir şey aydındır: bütün bu tendensiyalar Rusiyanın təhlükəsizlik maraqlarına qarşı yönəlib. Bizim üçün ən vacibi odur ki, belə düşmənçilik siyasəti düşmən xarakterli hərbi planlaşdırmaya əsaslanır. Biz bunu nəzərə almağa məcburuq və həm təhlükəsizliyimizi, həm də müdafiə qabiliyyətimizi etibarlı şəkildə təmin etmək üçün müdafiə planlarımızda nəzərə alacağıq”.