Dəmir yumruq » Manşet » "Təslim olmaq yox, razılaşma üçün iştirak edirik” - Xameneinin müşaviri
Manşet / Dünya / Dün, 19:32

"Təslim olmaq yox, razılaşma üçün iştirak edirik” - Xameneinin müşaviri

 

"Təslim olmaq yox, balanslaşdırılmış razılaşma üçün ABŞ ilə danışıqlarda iştirak edirik”.
 
Bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri Əli Şəmxani hazırda Romada davam edən İran və ABŞ arasında nüvə danışıqlarının ikinci raundu ilə bağlı açıqlamasında deyib.
 
O, “X” hesabında paylaşdığı paylaşımda İran nümayəndələrinin doqquz prinsip əsasında hərtərəfli razılaşma əldə etmək üçün tam səlahiyyətlə Romaya getdiyini bildirib və gözləntilərini belə sıralayıb:
 
“Ciddilik, zəmanət vermək, balanslı olmaq, Liviya/BƏƏ modelini tətbiq etməmək, sanksiyaları aradan qaldırmaq, təhdidlərdən qaçmaq, danışıqlarda sürətli olmaq, (İsrail kimi) fitnə-fəsad törədənləri nəzarət altında saxlamaq və investisiyaları asanlaşdırmaq”.
 
Qeyd edək ki, hazırda İranın xarici işlər naziri Abbas Araqçinin başçılıq etdiyi danışıqlar qrupu Romada ABŞ ilə danışıqların ikinci raundunu aparır.
 
Görüş Oman səfirinin iqamətgahında keçirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.