
Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində “Pasxa atəşkəsi” elan edib.
Bu barədə Kremlin məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi bütün hərbi əməliyyatları aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək dayandırır.
Vladimir Putin bu müddət ərzində bütün hərbi əməliyyatların dayandırılması barədə göstəriş verib və qeyd edib ki, Rusiya Federasiyası Ukraynanın da eyni addımı atacağını güman edir. Rusiya lideri əlavə edib ki, Rusiya Silahlı Qüvvələri atəşkəsi pozmağa, düşmənin mümkün hücumlarını və təxribatlarını dəf etməyə hazır olmalıdır.
Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji obyektlərinə 100 dəfədən artıq zərbə endirməmək barədə razılaşmaya əməl etməyib.
“Pasxa atəşkəsi ilə bağlı qərarımız Kiyev rejiminin nə qədər səmimi hazır olduğunu, onun razılaşmalara əməl etmək və sülh danışıqları prosesində iştirak etmək istəyini və bacarığını göstərəcək”, - deyə dövlət başçısı yekunlaşdırıb.