Dəmir yumruq » Manşet » Pezeşkian Urmiya gölünə getdi
Manşet / Dünya / 26-03-2025, 17:12

Pezeşkian Urmiya gölünə getdi

 

Prezident Məsud Pezeşkian Urmiya gölünün vəziyyətini qiymətləndirmək və onun bərpası istiqamətində görülən işlərlə tanış olmaq üçün sözügedən ərazidə olub.
 
“İran Front Page” xəbər verir ki, o, Urmiya gölünün 26 bənddən ibarət fəaliyyət planının iyirmi il əvvəl hazırlandığını, lakin sənədin böyük hissəsinin hələ də icra olunmadığını dilə gətirib.
 
Pezeşkian effektiv həll yollarını müəyyən etmək üçün həm yerli, həm də beynəlxalq ekspertlərlə məsləhətləşmələrin aparılacağını açıqlayıb:
 
“Biz universitet professorlarını, tədqiqatçıları və mütəxəssisləri cəlb etməyə çalışırıq və irəliyə doğru düzgün yollar tapmaqda bizə kömək etmək üçün xarici təcrübədən istifadə etməyi planlaşdırırıq. O cümlədən, təmizlənmiş tullantı sularının yönləndirilməsi, Zərrineh və Simine çaylarından gələn axının idarə olunması ilə bağlı müxtəlif təklifləri nəzərdən keçiririk”, - deyə o, bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.