
Türkiyə nümayəndə heyəti danışıqlar aparmaq üçün Dəməşqə gedib.
Bu haqda Anadolu məlumat yayıb.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın daxildir.
Qeyd olunub ki, onlar Dəməşqdə bir sıra rəsmi görüşlər keçirəcəklər.
Məlumata görə, H.Fidan artıq Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşüb.
İclasda digər gündəm Əsəd rejimi tərəfdarları ilə hökumət rəsmiləri arasında toqquşmaların da müzakirə mövzusu olacağı bildirilib.
Qeyd edək ki, bir neçə dəqiqə öncə İsrail Ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirdiyini açıqlayıb.