Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampı sərt tənqid edib.
Tramp Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə davranışını utancverici adlandırıb.
“Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların “biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm” demələri qəbuledilməzdir. Səninlə danışıqlara belə getməyəcəyəm, nə qələt istəyirsən, et!”, - o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Tramp İranın ali lideri Əli Xameneiyə məktub ünvanlayaraq Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini vurğulayıb.
Buna cavab olaraq isə Xamenei Tramp administrasiyası ilə heç vaxt danışıqlar olmayacağını bildirib.