Dəmir yumruq » Manşet » PKK atəşkəs elan etdi - Ankaradan reaksiya
Manşet / Dünya / 1-03-2025, 14:09

PKK atəşkəs elan etdi - Ankaradan reaksiya

 

Terror təşkilatının heç bir danışıqlar aparılmadan ləğvi həm demokratiya, həm də təhlükəsizlik sahəsində yeni mühit və dövr deməkdir.
 
Bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz PKK-nın atəşkəs elan etməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
 
“Terrorsuz Türkiyə hədəfində yeni mərhələyə keçilib. Biz müvafiq qurumlarımızla birlikdə bu yeni mərhələni və onun meydandakı konkret əksini diqqətlə izləyəcəyik. Ümid edirik ki, yaranan bu fürsət dəyərləndiriləcək, bu səy tez bir zamanda uğurla yekunlaşacaq və bölgəmizdə imperiya ambisiyaları ilə planlar quranların tələləri ən qısa zamanda məhv olacaq”, - C.Yılmaz qeyd edib.
 
Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalanın terror təşkilatına tərk-silah müraciətindən sonra PKK atəşkəs elan etdiyini açıqlayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.