Dəmir yumruq » Manşet » Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəldi
Manşet / Dünya / 26-01-2025, 19:30

Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəldi

 

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
 
Demiryumruq. Az BELTA-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb.
 
6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.
 
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, Anna Kanopatskaya, Oleq Qaydukeviç, Sergey Sırankov və Aleksandr Xijnyakdır.
 
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
 
***
 
“Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub”.
 
Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
 
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.
 
***
 
Belarusda keçirilən prezident seçkilərində seçicilərin 75,49 faizi iştirak edib. 
 
Bu haqda respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib.
 
***
 
Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.