Dəmir yumruq » Manşet » Türkiyədə dəhşətli yanğın: 66 nəfər öldü
Manşet / Dünya / 21-01-2025, 19:25

Türkiyədə dəhşətli yanğın: 66 nəfər öldü

Türkiyənin Bolu şəhərindəki dağ-xizək kurortunda güclü yanğın baş verib.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Məlumata görə, Bolunun Qartalqaya dağ-xizək kurortunda otellərdən birində baş verən yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
 
Yanğın səbəbindən oteldə olan qonaqların başqa otellərə təxliyə edildiyi bildirilir.
 
***
 
Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 66 nəfərə çatıb.
 
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində 51 nəfər yaralanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.