Dəmir yumruq » Manşet » "İndi Amerikanın qızıl dövrü başlayır...” - Tramp
Manşet / Dünya / 20-01-2025, 19:39

"İndi Amerikanın qızıl dövrü başlayır...” - Tramp

 

"İndi Amerikanın qızıl dövrü başlayır. Ölkə çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq”.
 
Demiryumruq az CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.
 
O, ölkənin təhlükəsizliyini gücləndirəcəyini bildirib.
 
“Bundan sonra özümüzdən istifadə olunmasına imkan verməyəcəyik”, - ABŞ lideri qeyd edib.
 
Tramp bildirib ki, o, 47-ci prezident kimi milli uğurun həyəcanverici yeni dövrünün başlanğıcında olduqlarına inanaraq nikbinliklə qayıdır:
 
“Bizim suverenliyimiz bərpa olunacaq. Prioritet azad, firavan xalq yaratmaq olacaq. Amerika tezliklə daha böyük, daha güclü olacaq”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.