Dəmir yumruq » Manşet » "Prezidentliyə namizəd olmağa hazıram” - Culani
Manşet / Dünya / 15-12-2024, 14:39

"Prezidentliyə namizəd olmağa hazıram” - Culani

 

Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.
 
“Vətəndaşlar və ya ətrafımdakı insanlar xahiş edərsə, Suriya prezidentliyinə namizədliyimi irəli sürəcəm”, -  “Heyət Təhrir əl-Şam”ın rəhbəri deyib.
 
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər.
 
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.
 
Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa isə keçid hakimiyyətinin formalaşdığını elan edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.