Dəmir yumruq » Manşet » Hakimiyyət onun rəhbərliyi altında qalacaq - HTŞ
Manşet / Dünya / 8-12-2024, 16:51

Hakimiyyət onun rəhbərliyi altında qalacaq - HTŞ

 

“Heyət Təhrir əş-Şam” Suriyanın Dəməşq şəhərinə daxil olduqdan sonra ilk əmrlərini elan edib.


Demiryumruq.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani Suriyanın dövlət qurumlarının hakimiyyətin rəsmi təhvil verilməsinə qədər Baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərliyi altında qalacağını bildirib.

Qeyd edək ki, Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali şəhəri tərk etməyəcəyini, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.