Dəmir yumruq » Manşet » Bəşər Əsədin hakimiyyəti başa çatdı
Manşet / Dünya / 8-12-2024, 07:07

Bəşər Əsədin hakimiyyəti başa çatdı

 

Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər.
Demiryumruq. Az “Reuters”ə istinadən xəbər verir ki, Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.
 
“Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” - üsyançıların bəyanatında deyilir.
 
“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, üsyançılar Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.
 
Baş nazir Məhəmməd Qazi əl-Cəlali isə xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.
 
Qeyd edək ki, “Reuters” və CNN də prezident Əsədin Suriyanı tərk etməsindən yazır. 



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.