Gürcüstanda dünən baş tutan seçkilərin rəsmi nəticəsi elan edilib.
Demiryumruq.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.
Bülletenlərin 99%-nin sayılmasından sonra nəticələr belədir:
- Gürcü Arzusu – 54,2%;
- Birlik – Milli Hərəkat (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 10.1%;
- Dəyişiklik üçün Koalisiya ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 10.8%;
- Güclü Gürcüstan (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 8.76%;
- Gürcüstan üçün Qaxariya – 7.75%.
Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.
Bu nəticələr Gürcü Arzusunun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir. Buna baxmayaraq, o, arzuladığı konstitusiya çoxluğunu əldə edə bilməyib. Bundan ötrü Gürcüstan parlamentindəki 150 yerin 113-nə sahib olmaq lazımdır. Hazırkı nəticələr isə Gürcü Arzusuna 90-91 mandat vəd edir.