Dəmir yumruq » Manşet » Danimarka şirkəti Naxçıvanda külək elektrik stansiyası qurmaq istəyir
Manşet / İqtisadiyyat / 24-10-2024, 08:34

Danimarka şirkəti Naxçıvanda külək elektrik stansiyası qurmaq istəyir

 

Naxçıvanda Danimarkanın "Kapella Wind Energy" şirkəti yeni külək elektrik stansiyası qurmaq niyyətindədir.

Bunu açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

O bildirib ki, bunun üçün müvafiq görüşlər keçirilib.

“Hazırda bu layihənin texniki-iqtisadi göstəriciləri araşdırılır”, - deyə o qeyd edib.


Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 5 su, 3 günəş, 1 külək və 1 külək-günəş hibrid elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalarda istehsal olunan elektrik enerjisinin hesabına Naxçıvan Muxtar Respublikasında “yaşıl” enerjinin payı da aylar üzrə artır.

Təkcə 2024-cü ilin sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.

Belə ki, 2023-cü ilin doqquz ayında “yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl” enerjinin hesabına təmin olunur.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.