Dəmir yumruq » Manşet » ARDNF “Şahdəniz” yatağından 364 milyon dollar gəlir əldə edib
Manşet / İqtisadiyyat / 13-10-2024, 10:43

ARDNF “Şahdəniz” yatağından 364 milyon dollar gəlir əldə edib

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən oktyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.


O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.