Xəbər lenti
Dəmir yumruq » Manşet » Hizbullahın yeni lideri öldürüldü - KİV
Manşet / Dünya / 5-10-2024, 17:33

Hizbullahın yeni lideri öldürüldü - KİV

 

İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın yeni baş katibi olan Seyid Haşim Səfiəddin həyatını itirib.

Bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb.

Bildirilib ki, aviazərbə nəticəsində Haşim Səfiəddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.

Qeyd edək ki, ötən gün İsrail tərəfindən Seyid Haşim Səfiəddinə qarşı sui-qəsd cəhdi edilməsi ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan İsrail tərəfindən qətlə yetiriliblər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.