Xəbər lenti
Dəmir yumruq » Manşet » Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilir
Manşet / İqtisadiyyat / 25-09-2024, 09:21

Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilir

 

Bu gün Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum işə başlayıb.
 
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IOTA üzvü ölkələrdən 40-dan çox yüksək vəzifəli vergi rəsmisi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC UN), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq İqlim Dəyişikliyi və İnkişaf Mərkəzi (ICCCAD), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri iştirak edirlər.
 
İki gün davam edəcək Beynəlxalq Forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.