Xəbər lenti
Dəmir yumruq » Manşet » Xankəndiyə qoyulan ilk investisiyaların həcmi açıqlandı
Manşet / İqtisadiyyat / 31-08-2024, 16:28

Xankəndiyə qoyulan ilk investisiyaların həcmi açıqlandı

 

2023-cü ildə Qarabağ iqtisadi rayonuna qoyulan investisiyaların həcmi 2 milyard 254 milyon 399 min 800 manat təşkil edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi hesabat açıqlayıb.
Qeyd olunur ki, 2022-ci ildə bu göstərici 1 milyard 887 milyon 243min 300 manat təşkil edib. Bu da o deməkdir ki, 2023-cü ildə qoyulan investisiyanın həcmi bir il əvvəllə müqayisədə 20% çox olub.
 
Hesabatda, həmçinin Xankəndi şəhərinə ötən il ilk dəfə 31,5 min manat sərmayə qoyulduğu açıqlanıb. Bu dövrdə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 76,6 milyon manat olub. Eyni zamanda, Ağdama 589, 56 milyon manat, Füzuliyə 747,33 milyon manat, Bərdəyə 10,65 milyon manat, Xocalıya 5,3 milyon manat, Xocavəndə 112,1 milyon manat, Şuşaya 626,67 milyon manat, Tərtərə 86,15 milyon manat məbləğində sərmayə qoyulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.