İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik xidmətlərin yaranmasının 105-ci ili münasibətilə diplomatları təbrik edib.
Demiryumruq.az xəbər verir ki, bu barədə nazir X səhifəsində paylaşım edib.
"Bütün diplomatlarımıza bugünkü peşə bayramı münasibətilə təbriklərimizi çatdırırıq. Beynəlxalq tərəfdaşlarla əlaqələrimizin gücləndirilməsində fəal mövqeyiniz xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə təşəkkür edirik!" - paylaşımda qeyd olunub.