Xəbər lenti
Dəmir yumruq » Manşet » Britaniyanın yeni Baş naziri seçildi
Manşet / Dünya / 5-07-2024, 23:04

Britaniyanın yeni Baş naziri seçildi

 

Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb.

Demiryumruq.Az xarici mediaya istinadən xəbər verir ki, ilkin nəticələrə görə, müxalif partiya İcmalar palatasında 650 yerdən 326-sını qazanıb.

2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyası isə hələ ki 71 yer qazanıb. Hazırda səslərin hesablanması davam etdirilir və Bakı vaxtı ilə 10:00-da başa çatmalıdır. 

Buna baxmayaraq, Britaniyanın hazırkı Baş naziri Rişi Sunak məğlubiyyətini etiraf edib və leyboristlərin nümayəndəsi Kir Starmeri qələbəsi münasibəti ilə təbrik edib.

“Leyboristlər Partiyası seçkilərdə qalib gəldi. Kir Starmeri qələbə münasibətilə təbrik etmək üçün ona zəng etdim”, - deyə Sunak qeyd edib. 

Onu da qeyd edək ki, bu gün səhər Britaniya Kralı III Çarlz qalib gələn partiyanın liderini qəbul edəcək. Qəbul zamanı Starmerə yeni hökuməti formalaşdırmaqla bağlı göstəriş veriləcək. Bunun ardınca, o, Dauninq-stritdəki iqamətgaha yollanacaq və yeni Baş nazir olaraq xalqa müraciət edəcək.

***

Bukinqem sarayının Mətbuat xidmətinin məlumatına görə, leyboristlərin lideri Kir Starmer Baş nazir vəzifəsinin icrasına başlayıb.

O, həmçinin yeni Nazirlər Kabinetinin formalaşdırılmasına dair Kral III Çarlzdan mandat alıb. 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.