Xəbər lenti
Dəmir yumruq » Manşet » İranda seçkilərin ikinci turunda səsvermə vaxtı uzadıldı
Manşet / Dünya / 5-07-2024, 21:00

İranda seçkilərin ikinci turunda səsvermə vaxtı uzadıldı

 

 

Bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.
 
Demiryumruq. Az ın xarici mediaya istinadən məlumatına görə, ölkədə 61 milyondan çox iranlı səsvermə hüququna malikdir.
 
Onlardan 18 milyonu 18 və 30 yaş aralığındadır. 
 
Seçkilər rəsmi olaraq yerli vaxtla 18:00-da başa çatmalı olsa da, səsvermə gecə yarısına qədər uzadıla bilər.
 
***
 
İranda növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələrinin iş vaxtı yerli vaxtla saat 22:00-a qədər uzadılıb.
 
Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.