Sizinlə bu məsələdə (Ukrayna böhranının sülh yolu ilə həlli ilə bağlı – red.) nüansları müzakirə etməyə hazıram, ümid edirəm ki, siz də məni öz mövqeyinizlə, avropalı tərəfdaşların mövqeyi ilə tanış edəcəksiniz.
Demiryumruq. Az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Macarıstan Baş naziri Viktor Orbanla Moskvada görüşündə deyib.
Orban isə qeyd edib ki, Macarıstan tezliklə Avropada hamı ilə danışa bilən yeganə ölkə olacaq:
“Münaqişənin hər iki tərəfi ilə danışa bilən ölkələrin sayı sürətlə sona çatır”.