Bu gün yerli vaxtla səhər saat 08:00-dan etibarən İranda prezident seçkilərinə səsvermə başlayıb.
Demiryumruq.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Seçki prosesində 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.
Ümumilikdə, 61 milyon 452 min 321 nəfər səsvermə hüququna malikdir.
Səsvermə axşam saat 18:00-a kimi davam edəcək.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır - İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf, Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian.
***
İranda prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla saat 18:00-dan 20:00-a kimi uzadılıb.
Bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami məlumat verib.
***
İranın Seçki Qərargahı prezident seçkisində səsvermə vaxtını yenidən uzadıb.
İndi vətəndaşlar yerli vaxtla saat 22:00-a qədər (Bakı vaxtı ilə saat 22:30-a qədər) səs verə bilərlər.
***
İran Seçki Komissiyası prezident seçkisi üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb.
Uzadılan səsvermə artıq saat 00:00-da bitəcək.