Dəmir yumruq » Manşet » Xankəndidə investisiya layihələri sahibkarlara tanıdıldı
Manşet / İqtisadiyyat / 27-06-2024, 20:48

Xankəndidə investisiya layihələri sahibkarlara tanıdıldı

 

Xankəndi şəhərində həyata keçirilməsi planlaşdırılan investisiya layihələri iş adamlarına tanıdılıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X səhifəsində yazıb.
 
"İş adamları Xankəndi şəhərinin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərlə tanış olublar. İstehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib", - o qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.