Xəbər lenti
Dəmir yumruq » Manşet » ”Xəstələrdən əlavə ödəniş tələbi cinayət tərkibi daşıyır”
Manşet / Müsahibə / 27-06-2024, 17:21

”Xəstələrdən əlavə ödəniş tələbi cinayət tərkibi daşıyır”

 

Tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır. 
 
Demiryumruq xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib.
 
V.Qurbanov qeyd edib ki, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur:
 
“Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır. Qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcək.
 
Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.