Xəbər lenti
Dəmir yumruq » Manşet » Dağıstanda terakt: 10 nəfər öldü, 37 yaralı var
Manşet / Dünya / 23-06-2024, 21:06

Dağıstanda terakt: 10 nəfər öldü, 37 yaralı var

 

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.

Demiryumruq.Az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı mənbəyə istindən yazıb.

Dağıstanın Daxili İşlər Nazirliyi isə bildirib ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Milli Antiterror Komitəsinin informasiya mərkəzi bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edildiyi, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görüldüyünü açıqlayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

***

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Dağıstan müftiliyi məlumat yayıb.

Qeyd olunub ki, terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.

***

Ölənlərin sayı 10-a, yaralıların sayı isə 34-ə çatıb.

Bu barədə "112" Teleqram kanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.