İran Konstitusiyasının Keşikçilər Şurası respublikanın prezident seçkilərində iştirak edə biləcək altı siyasi xadimi seçib.
Demiryumruq.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Ətraflı
Bildirilib ki, həmin namizədlər İran parlamentinin (Məclisin) sədri Məhəmməd Bağır Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Əmirhüseyn Qazizadə Haşimi, Mustafa Purməhəmmədi və Məsud Pezeşkiandır.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.