2024-cü ilin may ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 143 500 nəfərdən çox olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 108 500 nəfərdən çoxu yaşa, 14 500 nəfərdən çoxu əlilliyə, 20 700 nəfərdən çoxu isə ailə başçısını itirməyə görə pensiya alıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində 84,9 mindən çox pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.