Xəbər lenti
Dəmir yumruq » Manşet » Rəisinin rəsmi hesabında da paylaşım edilib
Manşet / Dünya / 19-05-2024, 18:46

Rəisinin rəsmi hesabında da paylaşım edilib

 

Bu gün baş verən helikopter qəzasından sonra İran Prezidenti İbrahim Rəisinin vəziyyəti açıqlanıb. 
 
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
 
Qeyd olunub ki, İran Prezidentinin vəziyyəti yaxşıdır, hazırda o, kortecdə avtomobillə Təbrizə gedir.
 
***
 
“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.
 
Bu barədə TASS məlumat yayıb.
 
Qeyd edək ki, daha əvvəl “Mehr” agentliyi bildirib ki, qəzadan sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.
 
***
 
İSNA-nın xəbərinə görə, helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.
 
Həmin əraziyə 20-dən çox xilasetmə qrupu göndərilib.
 
***
 
İran Prezidenti İbrahim Rəisinin rəsmi instaqram hesabında “Mənim üçün dua edin” sözləri ilə paylaşım edilib.
 
Həmin paylaşımı təqdim edirik:

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.