Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda əsas kapitala yönəldilən vəsait 11 faizdən çox artıb
Manşet / İqtisadiyyat / 19-05-2024, 09:56

Azərbaycanda əsas kapitala yönəldilən vəsait 11 faizdən çox artıb

 
Cari ilin yanvar-aprel aylarında əsas kapitala 5230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çox investisiya yönəldilib.
 
Dövlət Statistika Komitəsindən  bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 faiz artıb.
 
İstifadə olunmuş investisiyanın 2828,9 milyon manatı və ya 54,1 faizi məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8 faizi) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.
 
Əsas kapitala yönəldilmiş investisiyaların 4210,1 milyon manatını və ya 80,5 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3687,6 milyon manatı və ya 70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.