Xəbər lenti
Dəmir yumruq » Manşet » “Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək”
Manşet / İqtisadiyyat / 18-05-2024, 19:58

“Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək”

   

Ismayıllı rayonunda "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin yeni istehsal müəssisəsinin yaradılması bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Demiryumruq.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov şirkətin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, müəssisənin yaradılması 100 yeni iş yeri ilə məhdudlaşmır: “O cümlədən burada ekosistem formalaşdırılır. Müasir istehsalda çalışanların bilik və bacarıqları böyük töhfədir. Sərmayə iqtisadi fəallığı da canlandırır".

Nazir qeyd edib ki, bu brend uzun müddətdir ki, Azərbaycanda istehsalçı kimi fəaliyyət göstərir: "İkinci zavodun açılması bir sıra mühüm amillərin nəticəsidir. Ölkə bazarında şirkət özünü rahat hiss etməlidir ki, investisiya ilə bağlı qərar versin. Biz 2021-ci ildə imzalanmış müvafiq anlaşma memorandumuna əsasən bu gün şirkətin investisiyasını alqışlayırıq. Bu, Azərbaycanın investisiya mühitinə və bölgələrin sərmayələr üçün uyğun infrastruktura, insan kapitalına malik olmasını bir daha sübut edir".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.