Xəbər lenti
Dəmir yumruq » Manşet » Ermənistanda mitinq başladı - Paşinyana 1 saat vaxt verildi
Manşet / Dünya / 9-05-2024, 19:51

Ermənistanda mitinq başladı - Paşinyana 1 saat vaxt verildi

 

Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb.
 
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
 
Bildirilib ki, onlar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.
 
Aksiyaçılara qoşulan Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası üçün bir saat vaxt verdiyini bildirib:
 
"Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram".
 
Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edərək, bugünkü mitinqin qarşısının alınacağını açıqlamışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.