Xəbər lenti
Dəmir yumruq » Manşet » İrəvanda polis idarəsinə hücum edən silahlı şəxs zərərsizləşdirilib
Manşet / Dünya / 24-03-2024, 21:30

İrəvanda polis idarəsinə hücum edən silahlı şəxs zərərsizləşdirilib

 

Ermənistanda təhlükəsizlik əməkdaşları silahlı şəxsi polis bölməsində zərəsizləşdiriblər.

“Bu gün saat 17:00 radələrində 3 silahlı şəxs Nor-Nork polis idarəsinin inzibati binasına daxil olmağa cəhd edib”.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlama verib.

O, deyib ki, hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində ikisi yaralanıb:

“Yaralılar tibb müəssisəsinə aparılıblar. Hazırda Nor-Nork polis şöbəsinin binasında qumbara ilə silahlanmış 1 nəfər var və onun zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür. İlkin məlumata görə, polis əməkdaşları xəsarət almayıb. Bu gün həbs olunanların demək olar ki, hamısı artıq sərbəst buraxılıb”.

TASS müxbirinin verdiyi məlumata görə isə, Ermənistan polisinin rəhbəri naməlum şəxslərin içəri girdiyi polis bölməsinə gəlib və orada silahlı şəxslə danışıqlar aparır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.