Rusiyada seçki bülletenlərinin 99,43 faizi hesablanıb. Ölkənin hazırkı dövlət başçısı Vladimir Putin 87,32 faiz səslə liderdir.
Bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb.
İlkin nəticələrə görə, ikinci pillədə 4,32 faiz səslə Nikolay Xaritonov, üçüncü pillədə isə 3,79 faizlə Vladislav Dovonkov yer alıb. Leonid Slutski isə 3,19 faiz səs toplayıb.