Xəbər lenti
Dəmir yumruq » Manşet » “KazMunayQaz”ın rəhbəri gələcəkdə SOCAR ilə birgə “yaşıl” layihələri istisna etməyib (Özəl)
Manşet / İqtisadiyyat / 11-03-2024, 06:52

“KazMunayQaz”ın rəhbəri gələcəkdə SOCAR ilə birgə “yaşıl” layihələri istisna etməyib (Özəl)

 

“KazMunayQaz” ASC-nin (KMQ, Qazaxıstanın milli neft-qaz şirkəti) İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev gələcəkdə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə birgə “yaşıl” layihələri istisna etməyib.

Bu barədə Maqzum Mirzəqaliyev özəl müsahibəsində deyib.

"Biz birgə layihələrin potensialını müzakirə etməyə və araşdırmağa davam edirik. Bu baxımdan, istisna etməzdim ki, biz gələcəkdə birgə “yaşıl” layihələri müzakirə edə bilərik", - deyə o bildirib.

Onun sözlərinə görə, “KazMunayQaz” istəyir ki, SOCAR-la münasibətlər yalnız nəqliyyat məsələləri ilə məhdudlaşmasın və mümkün qədər bütün əməkdaşlıq xətti və ya palitrasına daxil edilsin.

Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Orta Dəhliz üzrə neft nəqlinin həcmini artırmaq barədə göstəriş vermişdi. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” SC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş bağladılar.

Belə ki, Qazaxıstan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində neft ixracının həcmini 1 milyon 392 min tona çatdırıb.


Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.