Ukrayna Silahlı Qüvvələri Donetskin Tekstilşik mikrorayonunda bazara azı 6 ədəd 155 mm-lik mərmi atıb.
Bu haqda şəhərin meri Aleksey Kulemzin öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 18 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb. Eyni zamanda mer qeyd edib ki, qurbanlar və xəsarət alanlar barədə məlumat gəlməkdə davam edir.