Xəbər lenti
Dəmir yumruq » Manşet » Tramp prezident seçildikdən sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
Manşet / Dünya / 21-01-2024, 07:33

Tramp prezident seçildikdən sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

 
Keçmiş Amerika lideri Donald Tramp söz verib ki, payızda keçiriləcək prezident seçkilərində qalib gəlsə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.
 
O, bu barədə yanvarın 20-də Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən deyib.
 
“Mən vəzifəyə başlamazdan əvvəl Rusiya və Ukrayna arasında olan bu dəhşətli müharibəni həll edəcəyəm”,- deyə o, bildirib.
 
Eyni zamanda, Tramp sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ona nə qədər vaxt lazım olduğunu açıqlamayıb, həmçinin münaqişəni dəqiq necə həll etmək niyyətində olduğunu da söyləməyib.
 
Keçmiş Amerika lideri bəyan edib ki, yenidən seçilərsə Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətindədir.
 
ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.