Xəbər verdiyimiz kimi, İsrailin Dəməşqə raket zərbələri endirməsi nəticəsində SEPAH-ın 5 hərbi məsləhətçisi həlak olub.
Baş verənlərdən sonra İran bəyanat yayaraq, hücuma cavab veriləcəyini açıqlayıb.
“Biz Dəməşqdə hərbi müşavirlərin öldürülməsi ilə nəticələnən hücuma lazımi vaxtda və yerdə cavab vermək hüququmuzdan istifadə edəcəyik”, – deyə İranı tərəfinin açıqlamasında bildirilib.
Xatırladaq ki, bu gün Suriyanın paytaxtında SEPAH əsgərlərinin istifadə etdiyi dördmərtəbəli binaya zərbələr endirilib. Nəticədə SEPAH-ın 5 zabiti və suriyalı əsgərlər həlak olub.