Xəbər lenti
Dəmir yumruq » Manşet » Yaxın Şərq “alov içində”: İran intiqam andı içdi...
Manşet / Dünya / 20-01-2024, 18:52

Yaxın Şərq “alov içində”: İran intiqam andı içdi...

 

Xəbər verdiyimiz kimi, İsrailin Dəməşqə raket zərbələri endirməsi nəticəsində SEPAH-ın 5 hərbi məsləhətçisi həlak olub.

Baş verənlərdən sonra İran bəyanat yayaraq, hücuma cavab veriləcəyini açıqlayıb.

“Biz Dəməşqdə hərbi müşavirlərin öldürülməsi ilə nəticələnən hücuma lazımi vaxtda və yerdə cavab vermək hüququmuzdan istifadə edəcəyik”, – deyə İranı tərəfinin açıqlamasında bildirilib.

Xatırladaq ki, bu gün Suriyanın paytaxtında SEPAH əsgərlərinin istifadə etdiyi dördmərtəbəli binaya zərbələr endirilib. Nəticədə SEPAH-ın 5 zabiti və suriyalı əsgərlər həlak olub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.