Xəbər lenti
Dəmir yumruq » Manşet » Pakistan - İran qarşıdurmasına son qoyulur
Manşet / Dünya / 20-01-2024, 16:23

Pakistan - İran qarşıdurmasına son qoyulur

 

 Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tamamilə bərpa etmək qərarına gəlib.

Demiryumruq.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

“Pakistan Nazirlər Kabineti İranla qarşıdurmaya son qoymaq qərarına gəlib”, - məlumatda bildirilib.

Telekanalın məlumatına görə, bu qərar kontekstində əvvəllər geri çağırılan səfirlər və diplomatlar iki dövlətin paytaxtlarına - İslamabad və Tehrana qayıdacaqlar.

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.