Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanın qaz ixracından hasilatı məlum olub
Manşet / İqtisadiyyat / 19-01-2024, 09:37

Azərbaycanın qaz ixracından hasilatı məlum olub

 

Azərbaycanın qaz ixracından hasilatı 2023-cü ilin yekunlarına görə 2022-ci ildəki 15 milyard dollarla müqayisədə 13,7 milyard dollar olub.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycanın təbii qaz ixracından hasilatı illik hesablamada 8,7 faiz azalıb.

Azərbaycandan təbii qaz ixracı 2023-cü ildə 2022-ci ildəki 18,96 milyard kubmetrlə müqayisədə 40,4 faiz artım nümayiş etdirərək 26,62 milyard kubmetrədək çatıb.

DGK-nin məlumatlarına görə, hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində təbii qazın payı 2022-ci ildəki 39,29 faizlə müqayisədə artaraq 40,35 faiz olub.


Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.