Xəbər lenti
Dəmir yumruq » Manşet » Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu keçiriləcək
Manşet / İqtisadiyyat / 19-11-2023, 16:10

Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu keçiriləcək

 
Noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək.
 
Bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri-Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Nazirlər Kabinetinin iclasında bildirib.
 
Onun sözlərinə görə, biznes-forumda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcəklər.
 
B. Atdayev qeyd edib ki, biznes-forumda Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Hökumətlərarası Komissiyanın iclası çərçivəsində müvafiq sənədlərin imzalanması da gözlənilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.