Xəbər lenti
Dəmir yumruq » Manşet » İtaliya Azərbaycan qazının idxalına çəkilən xərcləri əhəmiyyətli dərəcədə artırıb
Manşet / İqtisadiyyat / 17-11-2023, 17:31

İtaliya Azərbaycan qazının idxalına çəkilən xərcləri əhəmiyyətli dərəcədə artırıb

 
İtaliya 2023-cü ilin sentyabr ayında Azərbaycandan təbii qazın idxalına çəkilən xərcləri artıraraq, 800,5 milyon kubmetrə çatdırıb. Avqust ayında isə bu göstərici 758,7 milyon kubmetr olub.
 
Bu barədə sorğusuya cavab olaraq Avropa İttifaqının Statistika İdarəsi olan Eurostat-dan bildiriblər.
 
Bu, aylıq hesablamada 5,5 faiz artım deməkdir.
 
2023-cü ilin ilk doqquz ayı ərzində İtaliya Azərbaycandan ümumilikdə 3,6 milyard avro dəyərində 6,8 milyard kubmetr qaz idxal edib.
 
Sentyabr ayında İtaliyanın Azərbaycandan təbii qaz idxalının dəyəri avqust ayındakı 252 milyon avro ilə müqayisədə 310,5 milyon avro olub ki, bu da təqribən 23,2 faiz artım deməkdir.
 
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
 
Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.
 
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.