Dəmir yumruq » İqtisadiyyat » Yayda meyvə-tərəvəz bahalaşa bilər
İqtisadiyyat / Bugün, 07:06

Yayda meyvə-tərəvəz bahalaşa bilər

 

Dünyada gübrə qiymətlərində artım müşahidə olunur.
 
 ABŞ-İran müharibəsi gübrə qiymətlərinə də təsirsiz ötüşməyib. Çünki, gübrə istehsalında təbii qaz və digər enerji resursları əsas xammal rolunu oynayır. Enerji bahalaşdıqca isə istehsal xərcləri artır və bu birbaşa bazara təsir edir
 
İqtisadçı ekspert Akif Nəsirli deyir ki, mövcud vəziyyətlə əlaqədar bu il mövsümi meyvə-tərəvəzlərin də baha olacağı gözlənilir.
 
Ekspertin sözlərinə görə, bahalaşmanın digər səbəbi isə yazda ölkə ərazisində müşahidə edilən intensiv yağışlardır. Yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və nəticə etibarilə məhsulun zərər görməsinə gətirib çıxarıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.